"Barselona" Madriddə "Real"ı darmadağın etdi
İspaniya kubokunun yarımfinal mərhələsinin cavab oyunlarının ilk günündə "Real" Madriddə "Barselona"nı qəbul edib.
Mediainfo.az-ın verdiyi xəbərə görə, oyun meydan sahiblərinin üstünlüyü ilə keçib. Madridlilər birinci hissədə azı 3 dəfə 100 faizli qol vəziyyətindən istifadə edə bilməyiblər, 3 dəfə isə top qonaq komandanın qapı dirəyini silkələyib. İkinci hissədə əks-hücum taktikasından istifadə edən "Barselona" meydan sahiblərinə əsl şok yaşadıb. Əvvəlcə 50-ci dəqiqədə Suares hesabı açıb. Meydan sahibləri qonaqların növbəti əks-hücumu zamanı topu öz qapılarına vurublar. Avtoqol sahibi Varan olub. 73-cü dəqiqədə isə Suares 11 metrlikdən vurduğu qolla "Real"a şok yaşadıb. Beləliklə oyun Kataloniya klubunun böyükhesablı qələbəsi ilə başa çatıb - 3:0. Bununla da Ernesto Valverdenin komandası finala vəsiqə əldə edib.
"Real" - "Barselona" - 0:3
Qollar: Suarez, 50, Varan, 69-avtoqol, Suarez, 73-pen.
İlk oyun - 1:1

























.jpg)




































.jpg)




























