
Mauro İkardi “İnter”i tərk etməyə hazırlaşır
Milanın "İnter" futbol komandasının argentinalı hücumçusu Mauro İkardı klubu tərk etməyə hazırlaşır.
Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə İtaliyanın "Tuttasport" nəşrinin yaydığı məlumatda deyilir. Nəşrin bildirdiyinə görə, İkardi "İnter" rəhbərliyi ilə yeni müqavilə imzalamaqdan imtina edib. Klub rəhbərliyi İkardinin xahişini nəzərə alaraq onun illik maaşını 7 milyon avroya qaldırsa da, oyunçu bununla razılaşmayıb. Argentinalı hücumçu İtaliyadakı digər klubda karyerasını davam etdirmək niyyətində olduğunu bildirib.
Digər xəbərlər