“Trabzonspor” Türkiyə Kubokunda “Ümraniyəspor”a məğlub olub

“Trabzonspor” Türkiyə Kubokunda “Ümraniyəspor”a məğlub olub

27 Fevral 2019 06:29
Bəyəndim (0) Bəyənmədim (0)

Futbol üzrə Türkiyə Kubokunun dörddəbir final mərhələsinin ilk cavab qarşılaşması keçirilib. "Trabzonspor" səfərdə "Ümraniyəspor" məğlub olub. "Fateh Terim" stadionunda keçirilən oyun hər iki tərəfin qarşılıqlı hücumları ilə yadda qalıb.

Görüşün 35-ci dəqiqəsində Trabzon təmsilçisinin hücumçusu Antoni Nvakaeme hesabı açıb. İkinci hissənin 55-ci dəqiqəsində "Ümraniyəspor"dan Leandrino hesabı bərabərləşdirib. Oyunun 66-cı dəqiqəsində "Trabzonspor"un qapısına təyin olunmuş 11 metrlik cərimə zərbəsini Emircan Altıntaş dəqiq yerinə yetirib. Oyunda son qolu görüşün 90-cı dəqiqəsində Atabəy Çiçəyin vurub. Beləliklə, "Trabzonspor" Türkiyə kubokunun dörddəbir final mərhələsində 1:3 hesabı ilə "Ümraniyəspor"a məğlub olub. Yarımfinala vəsiqə qazanan "Ümraniyəspor" komandası "Kasımpaşa"- "Akhisar Bələdiyəspor" görüşünün qalibi ilə qarşılaşacaq.

Türkiyə Kubokunun dörddəbir final mərhələsinin digər görüşləri - "Göztəpə" -"Yeni Malatyaspor", "Hatayspor"- "Qalatasaray" fevralın 27-si, "Kasımpaşa"- "Akhisar Bələdiyyəspor" isə fevralın 28-i olacaq.(azərtac)