“Yuventus” Xames Rodrigesi transfer edəcək
Turinin "Yuventus" komandası mövsümün sonunda "Bavariya"da icarə əsasında çıxış edən "Real" Madridin oyunçusu 27 yaşlı yarımmüdafiəçi Xames Rodrigesi transfer etmək niyyətindədir.
Mediainfo.az-ın verdiyi məlumata görə, bu barədə Calciomercato nəşrinin yaydığı məlumatda deyilir. Nəşrin iddiasına görə, mövsümün sonunda komandanın əsas oyunçularından olan Paulo Dibalanın İngiltərə klublarından birinə keçmə ehtimalı böyükdür. Ona görə də "Yuventus" rəhbərliyi Dibalanın yerini Rodrigeslə doldurmaq niyyətindədir. Qeyd edək ki, Rodriges bir müddət əvvəl mövsümün sonunda "Bavariya"dan ayrılacağını bildirmişdi.
Digər xəbərlər






























.jpg)




































.jpg)























