 
    
    "Beşiktaş" qələbəni əldən verdi
Türkiyə Super liqasında 23-cü turun son oyunu keçirilib.
Mediainfo.az-ın verdiyi xəbərə görə, hazırda turnir cədvəlinin 3-cü pilləsində olan "Beşiktaş" doğma meydanda "Fənərbaxça"yla qarşılaşıb. Oyun meydan sahiblərinin üstünlüyü şəraitində keçib. Onlar hesabı artıq oyunun 11-ci dəqiqəsində açıblar.
"Beşiktaş" birinci hissədə daha 2 qol vuraraq hesabı 3:0 çatdırıb. Lakin meydan sahibləri bu üstünlüyü qoruyub saxlaya bilməyiblər. İkinci hissədə özünə gələn qonaqlar möcüzəyə imza ataraq hesabı bərabərləşdiriblər. Beləliklə möhtəşəm derbi 3:3 hesabı ilə başa çatıb
Türkiyə Super Liqası, 23-cü tur
	
	 "Beşiktaş" – "Fənərbağça" - 3:3
	Qollar: Gökhan Gönül, 10 (1:0), Burak Yılmaz, 18-pen. (2:0) 45+2 (3:0),  Mixa Zayts, 55 (3:1),  Sadik Çiftpınar, 62 (3:2), Hasan Ali Kaldırım, 67 (3:3)
	
	Qeyd edək ki, hazırda  aktivində 40 xalı olan "Beşiktaş" turnir cədvəlinin 3-cü, "Fənərbaxça" isə 25 xalla 15-ci pilləsində qərarlaşıb. Lider "Başakşəhər"in 51 xalı var.
 
                             
                             
                            











 
     
    











































































