"Real" çətin qələbə qazandı

"Real" çətin qələbə qazandı

25 Fevral 2019 06:28
Bəyəndim (0) Bəyənmədim (0)

İspaniya La Liqasında 25-ci turun oyunları keçirilib.

Mediainfo.az-ın verdiyi xəbərə görə "Real" Madrid səfərdə "Levante" üzərində çətin qələbə qazanıb. Topları rəqib qapısından Benzema penaltidən və Beyl vurub.

Hazırda 25 turdan sonra turnir cədvəlinin ilk pilləsində 57 xalla "Barselona" qərarlaşıb. Kataloniyalıların ən yaxın izləyicisi "Atletiko"nun 50 xalı var. "Real" isə 48 xalla 3-cüdür.


İspaniya La Liqası, 25-ci tur

24 fevral

"Leqanes" - "Valensiya" - 1:1
Qollar: C. Kondoqbiya, 22 (0:1), M. Braytvayt, 89 (1:1)

"Atletiko" - "Vilyarreal" - 2:0
Qollar: A. Morata, 31 (1:0), S. Nyigez, 88 (2:0)

"Valyadolid" - "Betis" - 0:2
Qollar: A. Mandi, 45 (0:1), Xoakin, 87 (0:2)

"Levante" - "Real" - 1:2
Qollar: K. Benzema, 43-pen. (0:1), R. Marti, 60 (1:1), Q. Beyl, 78 (1:2)