"Atletiko" "Yuventus"a divan tutdu

"Atletiko" "Yuventus"a divan tutdu

21 Fevral 2019 06:19
Bəyəndim (0) Bəyənmədim (0)

Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunlarına yekun vurulub.

Mediainfo.az-ın verdiyi xəbərə görə, Madriddə "Atletiko" "Yuventus"u qəbul edib. Dieqo Simonenin komandası çətin oyunda "Yuventus"un qapısına iki top vuraraq qalib gəlib.

Digər oyunda isə "Mançester Siti" "Şalke"nin qonağı olsa da özlərini ev sahibi kimi aparıblar. Meydan sahibləri hesabda irəlidə olsalar da 10 nəfərlə oynayan Xosep Qvardiolanın komandası 85 və 90-cı dəqiqələrdə rəqib qapısına Sane və Sterlnqin vurduöu qollarla qələbə qazanıb.

Çempionlar Liqası, 1/8 final mərhələsinin ilk oyunları

"Şalke" (Almaniya) - "Mançester Siti" (İngiltərə) - 2:3

Qollar: Serxio Aquero, 18 (0:1), Nabil Bentaleb, 38-pen. (1:1), 45-pen. (2:1), Leroy Sane, 85 (2:2), Rahim Sterlinq, 90 (2:3)
Qırmızı vərəqə: Nikolas Otamendi, 68 ("Mançester Siti", ikinci sarı vərəqə)

0 "Atletiko" (Madrid, İspaniya) - "Yuventus" (İtaliya) - 2:0
Qollar: Xose Ximenes, 78, Dieqo Qodin, 83