Yurgen Klopp: Hesab ideal deyil, ancaq onu pis də hesab etmək olmaz

Yurgen Klopp: Hesab ideal deyil, ancaq onu pis də hesab etmək olmaz

20 Fevral 2019 13:54
Bəyəndim (0) Bəyənmədim (0)

"Liverpul"un Çempionlar Liqası çərçivəsində "Bavariya" ilə oyunda qolsuz bərabərliyə qalmasına komandanın baş məşqçisi Yurgen Klopp münasibət bildirib.

Mediainfo.az-ın sports.ru-ya istinadən verdiyi xəbərə görə, Klopp komandasının daha yaxşı nəticə əldə etmək niyyəti ilə meydana çıxdığını deyib: "Oyunda əlverişli imkanlarımız oldu. Ancaq onları qola çevirə bilmədik. 0:0 hesabı bizim üçün ideal deyil, ancaq onu pis də dəyərləndirmək niyyətində deyiləm. Biz müdafiə oyunu seçən rəqibdən daha yaxşı oynadıq. Bu hesab hər iki komandanı təmin edir, amma qalib növbəti oyunda məlum olacaq".