"Liverpul" "Bavariya"nı sındıra bilmədi

"Liverpul" "Bavariya"nı sındıra bilmədi

20 Fevral 2019 06:36
Bəyəndim (0) Bəyənmədim (0)

Çempionlar Liqasında 1/8 final mərhələsində növbəti oyunlar keçirilib.

Mediainfo.az-ın verdiyi xəbərə görə bu mərhələdə "Liverpul" Almaniyanın "Bavariya" komandasını qəbul edib. Liverpulluların bütün cəhdlərinə baxmayaraq rəqib komandasının qapısına yol tapmaq mümkün olmayıb.

"Lion" isə öz meydanında "Barselona"nın müqavimətini qıra bilməyib. Bu görüşdə də qapılara qol vurulmayıb.

Bu komandalar arasında cavab matçları martın 14-də keçiriləcək.

Çempionlar Liqası

1/8 final, ilk oyunlar

"Liverpul" (İngiltərə) - "Bavariya" (Almaniya) - 0:0
Baş hakim: Canluka Rokki (İtaliya)
Liverpul. "Enfild Roud" stadionu

"Lion" (Fransa) - "Barselona" (İspaniya) - 0:0
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Lion. "Olimpik Lion" stadionu

20 fevral

"Şalke" (Almaniya) - "Mançester Siti" (İngiltərə)

"Atletiko" (İspaniya) - "Yuventus" (İtaliya)