Marselo yayda “Real” Madriddən ayrılacaq

Marselo yayda “Real” Madriddən ayrılacaq

19 Fevral 2019 13:06
Bəyəndim (0) Bəyənmədim (0)

Madridin "Real" futbol klubunun braziliyalı müdafiəçisi Marselo yay transfer dövründə komandadan ayrılacaq.

Mediainfo.az-ın football.kuliçki-yə istinadən verdiyi xəbərə görə, Marselo artıq bununla bağlı klub rəhbərliyi ilə görüşərək yayda komandanı tərk etmək niyyətində olduğunu bildirib. Hələlik klub rəhbərliyinin Marselonun komandanı tərk etməsinə verdiyi reaksiya məlum deyil. Marselonun "Real" Madridlə anlaşmasının müddəti 2022-ci ildə bitəcək. Klub rəhbərliyi oyunçunun komandanı tərk etməsini müəyyən müddətə kimi ləngidə bilər.

Xatırladaq ki, bir müddət əvvəl mətbuatda Marselonun "Yuventus"da keçmiş komanda yoldaşı Ronaldo ilə birlikdə oynamaq istədiyi barədə məlumatlar yayılmışdı. Marselo 2007-ci ildən "Real" Madriddə oynayır və o, 325 oyunda rəqib qapılarından 25 top keçirib.