“Barselona” Neymardan həmişəlik  imtina etdi

“Barselona” Neymardan həmişəlik imtina etdi

15 Fevral 2019 16:29
Bəyəndim (0) Bəyənmədim (0)

"Barselona" futbol klubunun prezidenti Xosep Mariya Bartomey Neymarın katalon klubuna qayıtmaq istəməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Mediainfo.az-ın verdiyi xəbərə görə, Bartomey Barselona radio-kanalna verdiyi açıqlamasında deyib ki, Neymarın yenidən komandasına qayıtması mümkün deyil: "Mən bir neçə dəfə Neymarla görüşmüşəm, ancaq nə ondan, nə də ətrafındakılardan Neymarın komandaya qayıtmaq istəməsi barədə hər hansı söz eşitməmişəm. Neymarın yenidən klubumuza qayıtmasl mümkün deyil. Onun PSJ ilə anlaşması var və mən fransızların yerində olsaydım onu satmazdım. Bizsə Dembele və Koutinyo ilə yollarımıza davam edəcəyik",-deyib.