Martin Kioun: BATE-yə qarşı “Arsenal” ən zəif oyununu keçirib

Martin Kioun: BATE-yə qarşı “Arsenal” ən zəif oyununu keçirib

15 Fevral 2019 11:14
Bəyəndim (0) Bəyənmədim (0)

Londonun "Arsenal" futbol klubunun keçmiş müdafiəçisi Martin Kioun Unai Emerinin rəhbərliyi altinda "Arsenal"ın BATE ilə görüşdə ən zəif oyun nümayiş etdirdiyini söyləyib.

Mediainfo.az-ın sports.ru-ya istinadən verdiyi xəbərə görə, Kioun keçmiş komandasının BATE ilə meydanda göstərdiyi zəif oyundan çox üzüldüyünü söyləyib: "Bu, Emerinin rəhbərliyi altında "Arsenal"ın göstərdiyi ən zəif oyun idi. Mən buna görə çox üzüldüm. Bununla belə "Arsenal"ın öz meydanında BATE-yə qalib gələrək növbəti mərhələyə adlayacağına əminəm".