UEFA : “Ayaks”- “Real” Madrid oyununda hakim düzgün qərar qəbul edib

UEFA : “Ayaks”- “Real” Madrid oyununda hakim düzgün qərar qəbul edib

14 Fevral 2019 10:55
Bəyəndim (0) Bəyənmədim (0)

UEFA "Ayaks"- "Real" Madrid oyununda hakim tərəfindən madridlilərin qapısına vurulan qolun hesaba alınmaması ilə bağlı mübahisəli məsələyə aydınlıq gətirib.

Mediainfo.az-ın football.kulicki.net-ə istinadən verdiyi xəbərə görə, UEFA-da hollandlar tərəfindən etirazlara səbəb olan hakimin bu qərarına baxaraq rəy bildiriblər. Bununla bağlı UEFA-dan verilən rəsmi məlumata görə, hakim "Real"ın qapısına vurulan qolu saymamaqla düzgün qərar qəbul edib. Xatırladaq ki, Çempionlar Liqası oyununda ilk dəfə hakimlər VAR sistemindən istifadə ediblər. "Ayaks"- "Real" Madrid oyununda 38-ci dəqiqədə Talyafiko madridlilərin qapısına qol vurub. Hakimlər VAR sisteminə müraciət etdikdən sonra qol vurulan zaman Duşan Tadiçin oyundankənar vəziyyətdə olduğunu və qapıçıya topu tutmaqda mane olduğunu bildirərək qolu hesaba almayıblar. Bu isə "Ayaks" rəhbərliyi tərəfindən etirazlara səbəb olmuşdu.