"Real"Madrid səfərdə qalib gəldi

"Real"Madrid səfərdə qalib gəldi

14 Fevral 2019 06:29
Bəyəndim (0) Bəyənmədim (0)

Çempionlar Liqasının səkkizdəbir final oyunları davam edir. "Real" Madrid səfərdə Hollandiyanın "Ayaks" komandası ilə görüşüb.

Mediainfo.az-ın verdiyi xəbərə görə, madridlilər bu oyunu zəif keçirsələr də hakimin səhvi nəticəsində qalib gəliblər. Hesabı ikinci hissədə Benzema açıb. Hücum futbolu nümayiş etdirən hollandlar yalnız Ziersin qolu ilə hesabı bərabərləşdirə biliblər. Lakin oyunun başa çatmasına az qalmış Asensio ikinci qolu vuraraq madridlilərə qələbə qazandırıb

"Tottenhem" isə öz meydanında "Borussiya" Dortmunda 3:0 hesabilə qalib gələrək növbəti mərhələyə adlamaq üçün böyük şans əldə edib.

"Ayaks" (Hollandiya) - "Real" (İspaniya) - 1:2

Qollar: Kərim Benzema, 60 (0:1), Hakim Zieş, 75 (1:1), Marko Asensio, 87 (1:2)
37-ci dəqiqədə VAR sisteminə müraciətdən sonra Nikolas Talyafikonun ("Ayaks") qolu ləğv olunub

. "Tottenhem" (İngiltərə) - "Borussiya" (Dortmund, Almaniya) - 3:0
Qollar: Son Hen-min,47, Vertongen 83, Llorente, 86