"Mançester Yunayted"i PSJ dayandırdı

"Mançester Yunayted"i PSJ dayandırdı

13 Fevral 2019 06:03
Bəyəndim (0) Bəyənmədim (0)

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Mançester Yunayted" öz meydanında Fransanın PSJ komandası ilə görüşüb. Mediainfo.az-ın verdiyi xəbərə görə, Sulşerin komandası gözlənilmədən 0:2 hesabı ilə məğlub olub. "Mançester Yunayted"in qapısından topları Kimpembe və Mbappe keçirib

"Mançester Yunayted" Sulşerin rəhbərliyi altında 11 oyundan sonra ilk məğlubiyyətini alıb. Bu məğlubiyyət "Mançester Yunayted"in növbəti mərhələyə çıxmaq şansını demək olar heçə endirib. Çünki ikinci hissədə qırmızı vərəqə alaraq meydandan qovulan Poqba növbəti oyunda meydana çıxa bilməyəcək.

Roma" isə İtaliyada "Porto"nu qəbul edib və 2:1 hesabı ilə qələbə qazanıb.

Bu komandalar arasında cavab oyunları martın 7-də keçiriləcək.

"Roma" (İtaliya) – "Porto" (Portuqaliya) - 2:1

Qollar: N. Zaniolo, 70 (1:0), 77 (2:0), A. Lopez, 79 (2:1)

"Mançester Yunayted" (İngiltərə) – PSJ (Fransa) - 0:2
Qollar: P. Kimpembe, 53 (0:1), K. Mbappe, 60 (0:2)
Qırmızı vərəqə: Pol Poqba, 90

13 fevral

00:00. "Tottenhem" (İngiltərə) – "Borussiya" (Dortmund, Almaniya)

00:00. "Ayaks" (Hollandiya) – "Real" (İspaniya)