“Celsi” Mauritsio Sarrini istefaya göndərəcək

“Celsi” Mauritsio Sarrini istefaya göndərəcək

11 Fevral 2019 16:15
Bəyəndim (0) Bəyənmədim (0)

Son turda gözlənilmədən "Mançester Siti"yə 0:6 hesabı ilə biabırçı şəkildə məğlub olan "Çelsi" futbol klubunun rəhbərliyi komandanın baş məşqçisi Mauritsio Sarri ilə yollarını ayırmaq niyyətindədir.

Mediainfo.az-ın Sport Mediaset nəşrinə istinadən verdiyi xəbərə görə, "Çelsi"nin sahibi Roman Abramoviç yaxın günlərdə baş məşqçi Sarrinin istefaya göndərilməsi barədə qəti qərar qəbul edəcək. Sarrini komandanın sükanı arxasında mövsümün sonuna kimi onun köməkçisi Canfranko Dzolunun əvəz edəcəyi gözlənilir.