Bakıda Formula 1 Qran-Prisi 2023-cü ilədək keçiriləcək

Bakıda Formula 1 Qran-Prisi 2023-cü ilədək keçiriləcək

5 Fevral 2019 10:37
Bəyəndim (0) Bəyənmədim (0)

Formula 1 Azərbaycan Qran-Prisi 2023-cü ilədək təşkil ediləcək.

Bununla əlaqədar fevralın 5-də Bakıda müqavilə imzalanıb. Müqaviləni Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Formula 1 Şirkətlər Qrupunun baş icraçı direktoru Çeyz Kerri imzalayıblar.

Bakıda ilk dəfə Formula 1 Qran-Prisi 2016-cı ildə təşkil olunub. Baxımlılığı ilə seçilən Bakı yarışı həmişə ilin ən yaxşı Qran-priləri arasında yer alır.