"Liverpul" yenə heç-heçə etdi və vəziyyətini ağırlaşdırdı

"Liverpul" yenə heç-heçə etdi və vəziyyətini ağırlaşdırdı

5 Fevral 2019 06:06
Bəyəndim (0) Bəyənmədim (0)

İngiltərə çempionluğu uğrunda mübarizə aparan "Liverpul" uzun fasəilədən sonra yenidən uğursuzluq zolağına düşüb və xal itirməkdə davam edir.

Mediainfo.az-ın verdiyi xəbərə görə "Liverpul"bu dəfə səfərdə "Vest Hem"lə bacara bilməyib. Oyunda hesabı liverpullular açsa da, meydan sahibləri az sonra hesabı bərabərləşdiriblər. Oyun1:1 hesabı ilə də başa çatıb. Bu heç-heçədən sonra "Mançester Siti" ilə "Liverpul" arasında xal fərqi 3-ə enib. Növbəti belə bir xal itkisi isə "Liverpul"a liderliyi əldən verməsi hesabına başa gələ bilər.


"Vest Hem" - "Liverpul" - 1:1
Qollar: Mane, 22 (0:1), Antonio, 28 (1:1)