"Qəbələ" baş məşqçisini dəyişdi

"Qəbələ" baş məşqçisini dəyişdi

3 Fevral 2019 18:21
Bəyəndim (0) Bəyənmədim (0)

"Qəbələ" futbol komandasının baş məşqçi postunda sənəd üzərində dəyişiklik baş verib.

Bunu "qırmızı-qaralar"ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu addım UEFA-nın Lisenziyalaşdırma tələblərinə uyğun olaraq atılıb:

"UEFA-nın lisensiyalaşmasında ən vacib meyarlardan biri baş məşqçinin "Pro" kateqoriyasına malik olmasıdır. "Qəbələ"nin baş məşqçisi vəzifəsini tutan Sənan Qurbanov isə A kateqoriyasına sahibdir. Buna görə də bu məsələnin həll olunması üçün müəyyən addım atmalı idik. Bu da məşqçilər korpusunda yer alan Zaur Həşimovun rolu ilə gerçəkləşəcək. Bildiyiniz kimi Həşimov bir müddət öncə Pro kateqoriyalı lisenziya əldə edib. Sənəd üzərində struktur dəyişikliyi ediləcək. O, sənədləşmədə baş məşqçi kimi göstəriləcək. Lakin iş bölgüsündə dəyişiklik olmayacaq. Sənan Qurbanov komandanın baş məşqçisi, Zaur Həşimov isə məşqçi kimi fəaliyyətini davam etdirəcək. Məsələnin digər tərəfi isə odur ki, nə ölkəmizdə, nə də postsovet məkanında 2020-ci ilədək "Pro" kursları təşkil olunmayacaq. Bu səbəbdən də belə addım atdıq".(axar.az)