
"Barselona"da ciddi itki - "El-Klassiko"da oynamayacaq
"Barselona"nın qapıçısı Yasper Silessen zədələnib.
Məşq zamanı ayaq əzələsindən zədə alan 29 yaşlı qolkiperin 1 ay yarım yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Bu isə o deməkdir ki, o, İspaniya kubokunun yarımfinalında "Real"la matçlarda komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, kubokda Kataloniya təmslçisinin əsas qapıçısı Silessendir.
Əlavə edək ki, "Barselona" və "Real" arasında ilk görüş fevralın 6-ı, cavab qarşılaşması isə fevralın 27-i keçiriləcək.Qol.az
Digər xəbərlər