"Real" sona kimi əzmkar oyun nümayiş etdirəcək

"Real" sona kimi əzmkar oyun nümayiş etdirəcək

1 Fevral 2019 09:36
Bəyəndim (0) Bəyənmədim (0)

Madridin "Real" futbol klubunun baş məşqçisi Santyaqo Solari İspaniya kubokunun 1/4 finalında "Jirona" üzərində qazanılan qələbədən sonra komandasının doğru yolda olduğunu söyləyib.

Mediainfo.az-ın football.kulicki-yə istinadən verdiyi xəbərə görə, Solari komandasının əzmkar qələbə qazandığını söyləyib: "Bütün bunlar da göstərir ki, biz doğru yoldayıq. Komandamız həm səfərdə, həm evdə var gücü ilə oynadı. Biz həm kubok oyunlarında, həm də La liqada sona kimi belə əzmkar mübarizə aparmaq niyyətindəyik".