"Latsio"  "İnter"i məğlub edərək yarımfinala yüksəldi

"Latsio" "İnter"i məğlub edərək yarımfinala yüksəldi

1 Fevral 2019 06:21
Bəyəndim (0) Bəyənmədim (0)

İtaliya kubokunda 1/2 finalın iştirakçısının adı məlum olub.

Mediainfo.az-ın verdiyi xəbərə görə, "İnter" "Latsio" ilə görüşüb . Oyunun əsas vaxtında qapılara qol vurulmayıb. Əlavə vaxtda isə tərəflərin hərəsi bir dəfə fərqlənib Nəticədə qalibi müəyyən etmək üçün penaltilər seriyasına baş vurulub. Bu seriyada "Latsio" rəqibini 4:3 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.

"İnter" - "Latsio" - 1:1 (penaltilər seriyası - 3:4)
Qollar: İmmobile, 108 (0:1), İkardi, 120+5 (1:1)
Qırmızı vərəqə: Radu, 120+4 ("Latsio")

Qeyd edək ki, "Latsio" 1/2 finalda "Milan"la qarşılaşacaq.