
"Qalatasaray" hücum xəttini Mbaye Diane ilə gücləndirib
Türkiyənin "Qalatasaray" futbol klubu Mbaye Dianeni transfer edib.
Mediainfo.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 28 yaşlı Dianenin transferi İstanbul klubuna 10 milyon avroya başa gəlib. 2018-2019-cu illər futbol mövsümündə "Qasımpaşa"da oynayan Diane 17 oyunda meydana çıxıb və rəqib qapılarından 20 top keçirib.
"Qalatasaray" bundan əvvəl "Spartak" Moskvadan Ze Luişi 10 milyon avroya transfer etmək istəyirdi. Lakin tərəflər qiymət məsələsində razılığa gələ bilmədiklərindən bu transfer baş tutmayıb
Digər xəbərlər