
Rodirges "Bavariya"dan ayrılır
Kolumbiyalı yarımmüdafiəçi Xames Rodriges icarə müddəti başa çatdıqdan sonra "Bavariya"nı tərk etmək niyyətindədir.
Mediainfo.az-ın "Marca" ya istinadən verdiyi xəbərə görə, kolumbiyalı artıq bununla bağlı klub rəhbərliyinə məlumat verib. O deyib ki, bu mövsümün sonunda onun icarə müddəti başa çatır və bundan sonra Münhen klubunda oynamaq istəmir.
Xatırladaq ki, "Real"Madrid 2017-ci ildə Rodrigesi 2 il müddətinə "Bavariya"ya icarəyə verib. İcarə müddəti isə bu ilin yayında başa çatır. Əgər "Bavariya" kolumbiyalı futbolçunu heyətində saxlamaq istəsə onda "Real" Madridə 40 milyon avro transfer haqqı ödəməli olacaq.
Digər xəbərlər