
Fernandeş "Qalatasaray"da top qovacaq
Moskvanın "Lokomotiv" futbol klubunun oyunçusu Manuel Fernandeş "Qalatasaray"da oynaya bilər.
Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə Sport24 nəşrinə açıqlama verən Fernandeşin agenti Valeriyus Mijurqurskis deyib.
Onun sözlərinə görə, "Qalatasaray" yarımmüdafiəçini öz heyətində görmək arzusundadır: "Türkiyənin "Qalatasaray" futbol komandası Fernandeşin xidmətində maraqlıdır. Klub rəsmiləri oyunçunun nümayəndəsi ilə görüşüb və hazırda danışıqlar aparır. Fernandeşin ya qış transferi dövründə, ya da yayda azad agent kimi "Qalatasaray"da oynayacağı bu danışıqların nəticəsindən asılı olacaq".
Digər xəbərlər