"Yuventus" Ronaldonun qolu ilə sevindi

"Yuventus" Ronaldonun qolu ilə sevindi

28 Yanvar 2019 06:58
Bəyəndim (0) Bəyənmədim (0)

İtaliya A Seriyasında 21-ci turun daha 6 oyunu keçirilib.

Lider "Yuventus" səfərdə "Latsio"nu çətinliklə məğlub edib. Turin klubu 59-cu dəqiqədə Emre Canın avtoqolu ilə hesabda geri düşsə də, sonradan Juan Kanselu və Kriştiano Ronaldonun vurduğu qollarla əzmkar qələbə qazanıb. "İnter" isə "Torino" səfərindən məğlubiyyətlə qayıdıb - 0:1.


Tura bu gün yekun vurulacaq.

Qeyd edək ki, 21 turdan ehtiyatında 59 xalı olan "Yuventus" turnir cədvəlinə başçılıq edir. İkinci pillədə qərarlaşan "Napoli" "qoca sinyora"dan 11 xal geri qalır. "İnter" isə 40 xalla 3-cüdür. Dördüncü sıradakı "Milan"ın 35, beşinci "Roma"nın isə 34 xalı var.


İtaliya A Seriyası, 21-ci tur

27 yanvar

"Kyevo" - "Fiorentina" - 3:4
Qollar: L. Muriel, 4 (0:1), M. Benassi, 26 (0:2), M. Stepinski, 38 (1:2), S. Pelisye, 60-pen. (2:2), F. Kyeza, 79 (2:3), 86 (2:4), F. Corceviç, 89 (3:4)

"Atalanta" - "Roma" - 3:3
Qollar: E. Ceko, 3 (0:1), 33 (0:2), S. El Şaaravi, 40 (0:3), T. Kastan, 44 (1:3), R. Toloy, 59 (2:3), D. Zapata, 71 (3:3)

"Bolonya" - "Frazinone" - 0:4
Qollar: P. Qilone, 18 (0:1), K. Kiano, 21 (0:2), A. Pinamonti, 52 (0:3), K. Kiano, 75 (0:4)

"Parma" - SPAL - 2:3
Qollar: R. İnqleze, 11-pen. (1:0), 53 (2:0), M. Valoti, 70 (2:1), A. Petanya, 75 (2:2), Məhəmməd Fares, 87 (2:3)

"Torino" - "İnter" - 1:0
Qol: A. İzzo, 35

"Latsio" - "Yuventus" - 1:2
Qollar: E. Can, 59-avtoqol (1:0), Juan Kanselu, 74 (1:1), K. Ronaldo, 88-pen. (1:2)

Qol.az