“Qalatasaray” səfərdə qalib gələib
Yanvarın 26-da futbol üzrə Türkiyə Superliqasının XIX turunda turnir cədvəlində ikinci pillədə qərarlaşan "Qalatasaray" komandası səfərdə "Göztəpə" ilə qarşılaşıb.
Qarşılıqlı hücumlar şəraitində keçən oyunda İstanbul komandası rəqibinə 1:0 hesabı ilə qalib gəlib.
Oyunda yeganə topu "Qalatasaray"ın braziliyalı müdafiəçisi Marianonun ötürməsindən sonra komandanın hücumçusu Sinan Gümüş 72-ci dəqiqədə rəqib qapısından keçirib - 1:0. Bu, onun cari çempionatda vurduğu dördüncü qolu olub. Meydan sahiblərinin heyətində 57-ci dəqiqədə Celso Borges penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.
Bu qalibiyyət sayəsində baş məşqçi Fatih Terimin yetirmələri xallarının sayını 35-ə yüksəldib və turnir cədvəlindəki ikinci pillədəki mövqeyini möhkəmləndirib. İstanbul təmsilçisi lider "Başakşəhər"lə arasındakı xal fərqini üçədək azaldıb.
Qeyd edək ki, bu gün oynanılan "Kayserispor"-"Bursaspor" matçında qalib müəyyənləşməyib - 1:1.
Xatırladaq ki, yanvarın 25-də "Ərzurumspor"la heç-heçə edən İstanbulun "Beşiktaş" komandası da çempionatda xal itirib - 1:1.
Türkiyə çempionatında 38 xalla "Başakşəhər" komandası hazırda vahid liderdir. Hesabında 35 xalı olan "Qalatasaray" ikinci, 32 xala malik "Yeni Malatyaspor" turnir cədvəlində üçüncü yeri tutur.(azərtac)





























.jpg)
.jpg)
.jpg)






















.jpg)
.jpg)
.jpg)


































