İtkin düşən futbolçudan BƏD XƏBƏR

İtkin düşən futbolçudan BƏD XƏBƏR

24 Yanvar 2019 21:16
Bəyəndim (0) Bəyənmədim (0)

İngiltərəyə gedərkən mindiyi təyyarənin yox olduğu futbolçu Emiliano Saladan bəd xəbər gəldi. Futbolçunun axtarışını həyata keçirən polis idarəsi axtarışı dayandırdıqlarını açıqlayıb.

Polis idarəsi etdiyi açıqlamada "3 təyyarə və 5 vertolyotla, bütövlükdə 80 saatlıq bir uçuşla axtarış aparıldı. Çətin olsa da axtarışları dayandırmağı qərara aldıq. Bu vəziyyətdə həyatda olma şansları çox aşağıdır" sözlərindən istifadə edilib.

Qeyd edək ki. futbolçu üçün xilas etmə dəstələri 3 gün ərzində axtarış işlərini davam etdirsələr də, konkret bir dəlilə rast gəlməyiblər. (moderator.az)