"Mançester Yunayted"dən ardıcıl 7-ci qələbə

"Mançester Yunayted"dən ardıcıl 7-ci qələbə

19 Yanvar 2019 23:10
Bəyəndim (0) Bəyənmədim (0)

"Mançester Yunayted" İngiltərə Premyer Liqasında növbəti oyununa çıxıb.

"Qırmızı şeytanlar" 23-cü turda "Brayton"u qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.

"Mançester Yunayted" - "Brayton" - 2:1
Qollar:Poqba, 27-pen (1:0), Reşford, 42 (2:0), Qross, 72 (2:1)

Bununla da "MY" yeni baş məşqçisi Ole-Qunnar Sulşerin rəhbərliyi altında ardıcıl 7 oyunda qələbə qazanıb.

Bu qalibiyyətlə xalını 44-ə yüksəldən "MY" turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, turnir cədvəlində 60 xalla "Liverpul" başçılıq edir. "Mançester Siti" 53 xalla 2-ci, "Tottenhem" 48 xalla 3-cüdür. (qol.az)