"Arsenal" Mesut Özili transferə çıxarır

"Arsenal" Mesut Özili transferə çıxarır

14 Yanvar 2019 16:03
Bəyəndim (0) Bəyənmədim (0)

"Arsenal"ın baş məşqçisi Unai Emeri türk əsilli almaniyalı futbolçu Məsut Özillə yollarını ayırmaq qərarına gəlib

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə İngiltərənin Daily Mail nəşri yazıb. Nəşrin bildirdiyinə görə, Unai Emeri Məsut Özilin satışından əldə edilən pula yeni oyunçu almaq niyyətindədir.

Xatırladaq ki, Məsut Özil " Arsenal"a 2013-cü ildə 45 milyon avroya "Real" Madriddən transfer edilib. London klubunun heyətində Özil 155 oyunda rəqib qapılarından 30 top keçirib