Ronaldo "Yuventus"a qələbə qazandırdı
İtaliya A Seriyasında 19-cu tura start verilib.
Açılış oyununda lider "Yuventus" doğma meydanda "Sampdoriya"nı qəbul edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Turin klubuna qalibiyyəti gətirən hər iki qolu Kriştiano Ronaldo vurub. 2-ci dəqiqədə hesabı açan portuqaliyalı superulduz 65-ci dəqiqədə penaltidən fərqlənib. Qonaqların yeganə qoluna isə 33-cü dəqiqədə Fabio Kualiyarella imza atıb.
Qeyd edək ki, "Yuventus" hazırda 53 xalla turnir cədvəlinə başçılıq edir. 2-ci pillədəki "Napoli"nin 41, 3-cü yerdəki "İnter"in isə 36 xalı var. Qol.az
Digər xəbərlər



































.jpg)




































.jpg)


















