“Real”, “Atletiko” və “Liverpul” ilin klubu adına namizəddir

“Real”, “Atletiko” və “Liverpul” ilin klubu adına namizəddir

27 Noyabr 2018 12:53
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa Klublar Assossiasiyası və Futbol Agentləri Assossiasiyası Globe Soccer Awards-2018 nominasiyası üzrə qitənin ən yaxşı klub komandasına namizədlərin adlarını açıqlayıblar.

Mediainfo.az-ın "Football. kuliçhki"-yə istinadən verdiyi xəbərə görə, "Real", "Atletiko" və "Liverpul" qıtənin ən yaxşı klub komandası adını almağa əsas namizəddirlər.

Xatırladaq ki, ötən il kral klubu "Real" Madrid Avropanın ən yaxşı klub komandası adına layiq görülmüşdü. Bu il isə eyni nominasiya üzrə "Liverpul"un qalib gəlmə imkanları daha böyük hesab edilir. Avropanın ən yaxşı klub komandasının adı yanvarın 3-də Dubayda keçiriləcək xüsusi mərasimdə elan olunacaq. Həmin mərasimdə də Avropanın ən yaxşı klubuna mükafat təqdim ediləcək.