"Neftçi" 2 mühüm xal itirdi, "Sabah"dan ağır məğlubiyyət
Bu gün Topaz Premyer Liqada 11-ci tura start verilib.
Qol.az-ın xəbərinə görə, ilk oyun günündə ənənəvi olaraq iki görüş keçirilib.
Premyer Liqamızın debütantı "Sabah" Masazırda "Səbail"lə qarşılaşıb. Matç "Səbail"in 4:0 hesablı qələbəsi ilə başa çatıb. Digər oyunda Neftçi" "Bakcell Arena"da "Zirə"ni qəbul edib. Gərgin mübarzə şəraitində keçən matç 2:2 hesabı ilə başa matıb.
Qeyd edək ki, turun digər iki matçı sabaha nəzərdə tutulub.
10 noyabr (şənbə)
19:30. "Neftçi" - "Zirə" -2:2
Qollar: Baqali Dabo, 36 (1:0), Tellür Mütəllimov, 77 (1:1), Mirabdulla Abbasov, 80 (2:1), Vüsal İsgəndərli, 83 (2:2)
Hakimlər: İnqilab Məmmədov, Elşad Abdullayev, Knyaz Əmiraslanov, Xəlil Xəlilov
"Bakcell Arena"
17:30. "Sabah" - "Səbail" - 0:4
Qollar: Ruslan Qurbanov, 2, Kevin Kubemba, 27, Yevgeni Koçuk, 57, 77
Hakimlər: Rəşad Əhmədov, Mübariz Haşımov, Vüqar Bayramov, Rəvan Həmzəzadə
"Əlincə Arena"
11 noyabr (bazar)
17:30. "Qəbələ" – "Qarabağ"
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Ramiz Məhərrəmov
Qəbələ şəhər stadionu
REKLAM



































.jpg)




































.jpg)


















