“Qarabağ”  səfərdə “Vorskla” ilə qarşılaşacaq

“Qarabağ” səfərdə “Vorskla” ilə qarşılaşacaq

8 Noyabr 2018 10:43
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün UEFA Avropa Liqası qrup mərhələsində IV turun növbəti oyunları baş tutacaq.

Mediainfo.az-ın verdiyi məlumata görə bu mərhələdə Ağdamın "Qarabağ" komandası Poltavada Ukraynanın "Vorskla" komandası ilə qarşılaşacaq. Ağdam təmsilçisinin yer aldığı E qrupunda İngiltərə "Arsenal"ı Portuqaliyanın "Sportinq" klubunu imtahana çəkəcək. Xatırladaq ki, "Qarabağ" qrupda keçirdiyi üç görüşdə bir xal belə qazana bilməyib.

Üç turdan sonra E qrupunda 9 xalla "Arsenal" birinci yerdədir. "Sportinq"in 6, "Vorskla"nın 3 xalı var. Qrupdan növbəti mərhələyə "Arsenal"ın və "Sportinq"in adlayacağı şübhə doğurmur.