"Arsenal" argentinalı müdafiəçi alır

"Arsenal" argentinalı müdafiəçi alır

31 Oktyabr 2018 06:18
Bəyəndim (0) Bəyənmədim (0)

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən "Arsenal" "Ayaks"ın müdafiəçisi Nikolas Talyafikonu heyətinə qatmağa hazırlaşır.

London klubu artıq argentinalı futbolçu üçün qarşı tərəfə 9 milyon avroluq təklif göndərib. "Topçular" bu keçidi qış transfer pəncərəsində gerçəkləşdirmək niyyətindədir.

Qeyd edək ki, 26 yaşlı cinah oyunçusu bu mövsüm "Ayaks"sın heyətində keçirdiyi 16 görüşdə 2 qol vurub, 2 dəfə isə məhsuldar ötürmə ilə yadda qalıb.Qol.az