"Yuventus"dan Reşforda 74 milyon avroluq təklif

"Yuventus"dan Reşforda 74 milyon avroluq təklif

18 Oktyabr 2018 16:56
Bəyəndim (0) Bəyənmədim (0)

İtaliyanin və dünyanın məşhur futbol klublarından olan "Yuventus" İngiltərənin "Mançester Yunayted" komandasının hücumçusu Markus Reşfordu öz heyətinə qatmaq niyyətindədir.

Mediainfo.az-ın Manchester Evening News -ə istinadən verdiyi xəbərə görə, İtaliya klubu Reşfordun transferi üçün 74 milyon avro təklif edir. Əgər "Mançester Yunayted" rəhbərliyi bu keçidə razılıq versə, onda Markus Reşford qış transferi dövründə "Yuventus"-a transfer edilərək İtaliyada top qovmalı olacaq.