Voleybol üzrə Azərbaycan millisi Türkiyə yığmasına uduzub

Voleybol üzrə Azərbaycan millisi Türkiyə yığmasına uduzub

10 Oktyabr 2018 09:34
Bəyəndim (0) Bəyənmədim (0)

Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Yaponiyadakı dünya çempionatının II mərhələsində üçüncü oyunda da uduzub.

Osaka şəhərində baş tutan görüş "ay-ulduzlular"ın qələbəsi ilə başa çatıb – 3:1 (26:24, 25:17, 22:25, 25:21).

Qeyd edək ki, bunadək İtaliyaÇin yığmalarına məğlub olan Azərbaycan millisi ilk turun nəticələrindən sonra III mərhələyə vəsiqə qazanmaq şansını itirib. Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv F qrupunda formal xarakter daşıyan son matçını oktyabrın 11-də Bolqarıstan komandasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 05:40-da start götürəcək. (report)