Baş məşqçiyə bomba göndərilib

Baş məşqçiyə bomba göndərilib

20 Aprel 2011 15:21
Bəyəndim (0) Bəyənmədim (0)

Bu dəfə futbol aləminə terror hücumu olub. Belə ki, Şotlandiyanın "Seltik" futbol komandasının baş məşqçisi Nil Lennona və komandanın iki azarkeşinə içində partlayıcı olan zərf göndərilib.


"Reuters"informasiya agentliyinin verdiyi məlumata görə, Lennondan əlavə məktub məşqçinin vəkili Pol Makbrayd və Şotlandiya parlamentinin sabiq qadın deputatı Triş Qodmana da ünvanlanıb.

Zərflər poçt məntəqəsində yoxlanılarkən partlayıcı maddə aşkarlanıb. Qodman üçün nəzərdə tutulan bağlama isə ünvanına çatıb. Lakin xoşbəxtlikdən partlamayıb.

Hadisə ilə bağlı polis araşdırmalara başlayıb. İlkin versiyaya görə, bağlama "Reyncers" futbol klubunun azarkeşləri tərəfindən göndərilib.

Qeyd edək ki, "Seltik"in fanatları katoliklərdən "Reyncers"in isə protestantlardan ibarətdir. Bu iki komanda Şotlandiya çempionatında barışmaz rəqiblər sayılır.

Sonra da deyirlər, terrorist ancaq müsəlman olur...

Elvin Babayev

O.M.