Şahmatçılarımız ABŞ-a uduzdu, Gürcüstana qalib gəldi

Şahmatçılarımız ABŞ-a uduzdu, Gürcüstana qalib gəldi

3 Oktyabr 2018 04:44
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstanın Batumi şəhərindəki 43-cü Ümumdünya Şahmat Olimpiadasında bu gün 8-ci turun oyunları keçirilib.

Qol.az-ın məlumatına görə, Azərbaycanın kişilərdən ibarət yığma komandası ABŞ-la üz-üzə gəlib. Qarşılaşma millinin məğlubiyyəti ilə başa çatıb - 1,5:2,5.

Şahmatçılarımızdan yalnız Teymur Rəcəbov qalib gəlib. Şəhriyar Məmmədyarov və Rauf Məmmədov uduzub, Arkadi Naydiçi isə rəqibi ilə heç-heçə edib.

Bu nəticədən sonra xallarının sayını 15-ə yüksəldən ABŞ kollektivi vahid lider olub. Azərbaycan millisi isə 13 xalla 3-cü yerdədir.

Qadınlardan ibarət millimiz isə Gürcüstan yığması ilə qarşılaşıb. Komandamız meydan sahiblərini 2,5:1,5 hesabı ilə üstələyib.

Günay Məmmədzadə və Xanım Balacayeva rəqiblərini məğlub edib. Gülnar Məmmədova heç-heçə edib. Zeynəb Məmmədyarova isə uduzub.

Bu nəticədən sonra qadınlardan ibarət milli komanda 13-cü xalını qazanıb.


43-cü Ümumdünya Şahmat Olimpiadası

VIII tur

Kişilər

ABŞ - Azərbaycan - 2,5:1,5

Fabiano Karuana - Şəhriyar Məmmədyarov - 1:0
Uesli So - Teymur Rəcəbov - 0:1
Hikaru Nakamura - Arkadi Naydiç - 0,5:0,5
Samuel Şanklend - Rauf Məmmədov - 1:0

Rəcəbov və Məmmədov ağ, Məmmədyarov və Naydiç qara fiqurlarla oynayıb


Qadınlar

Gürcüstan - Azərbaycan - 1,5:2,5

Salome Meliya - Günay Məmmədzadə - 0:1
İnqa Çarxalaşvili - Zeynəb Məmmədyarova 1:0
Sofio Qvetadze - Xanım Balacayeva - 0:1
Sopiko Xuxaşvili - Gülnar Məmmədova - 0,5:0,5

Məmmədyarova və Məmmədova ağ, Məmmədzadə və Balacayeva qara fiqurlarla oynayıb.