Kriştiano Ronaldo inşaat biznesinə transfer oldu
Onun şəriki "Beşiktaş" komandasının prezidentidir
Indi OXUyacaqlarınız sizi həqiqi mənada həyəcanlandıracaq. Buraxın bir türk klubuna transfer olmağı, tətilə belə gəlməyi qeyri-mümkün görünən Kriştiano Ronaldo çox yaxın zamanda qonşu ölkədə olacaq. Yox, yox.. Nə bir matç, nə də təqdimat üçün. Niyə gəlir? Çünki portuqaliyalı ulduz artıq "Beşiktaş" klubunun prezidenti Yıldırım Demirörenin şərikinə çevrilib.
Belə ki, Porto-Santodan ərazi alan ikili bundan sonra Avropa sahilləri boyunca binalar inşa etdirməyə başlayacaqlar. Onlar ilk olaraq 60 milyon avroluq sərmayədən başlayacaqlar. 50-50 % razılaşma ilə müqavilə imzalayan ortaqlar - Demirören və Ronaldo bu şəbəkəni Avropa sahillərində qurmaqla yanaşı, hətta İstanbulda və Türkiyənin bir neçə iri şəhərində də reallaşdıracaqlar.
Ş.Günel
OM
Digər xəbərlər