Henrix Mxitaryan "Arsenal"ın heyətində Bakıya getməyəcək

Henrix Mxitaryan "Arsenal"ın heyətində Bakıya getməyəcək

1 Oktyabr 2018 15:59
Bəyəndim (0) Bəyənmədim (0)

Futbol üzrə Ermənistan yığmasının kapitanı və Londonun "Arsenal" futbol klubunun oyunçusu Henrix Mxitaryan "Qarabağ"la oyun üçün Bakıya getməyəcək.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə Mxitaryan özünü Tvitter səhifəsində yazıb. Mxitaryan Bakıya getməməsənin səbəbini özünün təhlükəsizliyini təmin etmə niyyəti ilə əlaqələndirib.

Xatırladaq ki, Azərbaycanın işğal edilən ərazisinə getdiyinə görə Mxitaryanın adı Xarici İşlər Nazirliyinin qara siyahısına salınıb və o istəsəydi belə yenə də Bakıya getməsi üçün ona viza verilməyəcəkdi. Bu, futbolçunun özünə də öncədən məlum idi.