“Kilian, sən mütləq “Real” üçün oynamalısan” - Zidan
"Real"ın sabiq baş məşqçisi Zinəddin Zidan PSJ-nin futbolçusu Kilian Mbappeni Madrid klubunda görmək istəyir.
Qol.azın xəbərinə görə, bunu İspaniyanın "Okdiario" kanalının "El Chiringuito" teleşousunun aparıcısı Eduardo İnda deyib.
İspaniyalı ekspert bildirib ki, Zidan ötən gün FİFA-nın ilin qaliblərini mükafatlandırdığı tədbirdə gənc hücumçuya "Real"a keçməyi məsləhət görüb:
"Zidan mərasimə hazırlıq zamanı Mbappe ilə qarşılaşdı və ona eynən belə dedi: "Kilian, sən mütləq "Real" üçün oynamalısan".
Qeyd edək ki, bir müddətdir 19 yaşlı hücumçunun "Real"ın transfer hədəfində olması haqda xəbərlər yayılır.
Digər xəbərlər










































.jpg)




































.jpg)










