Messi FİFA-nın mükafatlandırma mərasimində iştirak etməyəcək

Messi FİFA-nın mükafatlandırma mərasimində iştirak etməyəcək

24 Sentyabr 2018 14:30
Bəyəndim (0) Bəyənmədim (0)

"Barselona" komandasının hücumçusu Lionel Messi Beynəlxalq Futbol Federasiyasının (FİFA) mükafatlandırma mərasimində iştirak etməyəcək.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə "Mundo Deportivo" nəşri yazıb. Qeyd edək ki, Messi "İlin ən yaxşı qolu" nominasiyasında Puşkaş mükafatına əsas namizədlərdən biridir.

Mərasimdə 2018-ci ilin ən yaxşı futbolçusunun adı da məlum olacaq. İlin ən yaxşı futbolçusu adını qazanmağa isə "Yuventus"un hücümçusu Ronaldo, "Liverpul"dan Salah və "Real" Madriddən Modriç namizəddir.