"Qarabağ" Portuqaliyanın böyük klubları ilə eyni səviyyədədir"

"Qarabağ" Portuqaliyanın böyük klubları ilə eyni səviyyədədir"

20 Sentyabr 2018 15:00
Bəyəndim (0) Bəyənmədim (0)

"Qarabağ" Ermənistanla müharibə nəticəsində qaçqın düşən insanlarla bağlı keçmişə sahibdir. Bu səbəbdən, ev oyunlarını Bakıda oynayır".

Bunu "Qarabağ"ın qapıçısı Portuqaliyanın "A Bola" qəzetinə müsahibəsində deyib.

32 yaşlı qolkiper komandası barədə də fikirlərini bölüşüb: "Klub çox böyüyüb. Bu gün Azərbaycanda ən böyük klubdur. Möhtəşəm bir sistemə malikdir. Deyə bilərəm ki, "Qarabağ" Portuqaliyanın böyük klubları ilə eyni səviyyədədir. Ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsinə yüksəldi və özünü yaxşı tərəfdən göstərə bildi".

Qeyd edək ki, bu gün Lissabondakı "Joze Alvalade" stadionunda keçiriləcək "Sportinq" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.