Neymar "Liverpul"la oyunda meydana çıxacaq

Neymar "Liverpul"la oyunda meydana çıxacaq

18 Sentyabr 2018 12:15
Bəyəndim (0) Bəyənmədim (0)

PSJ-nin almanəsilli baş məşqşisi Tomas Tuxel Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Liverpul"la oyun öncəsi mətbuata açıqlama verib.

Mediainfo.az-ın UEFA Mətbuat Xidmətinə istinadən verdiyi məlumata görə, PSJ "Liverpul"la oyunda meydana əsas heyətlə çıxacaq. Tuxel birmənalı olaraq Neymarın da ingilis klubu ilə oyunda əsas heyətdə meydana çıxacağını qeyd edib.

Tomas Tuxel: "Neymarın "Liverpul"la oyunda meydana çıxacağı dəqiqdir. Ancaq bu oyunda ona hansı vəzifə tapşırdığımı sirr olaraq saxlayıram. Neymar belə məsul matçda özünün ən yaxşı oyununu göstərməyə borcludur",-deyib.