“Qarabağ”la vacib oyunumuz var”

“Qarabağ”la vacib oyunumuz var”

17 Sentyabr 2018 11:02
Bəyəndim (0) Bəyənmədim (0)

"Kuboka qələbə ilə başlamaq vacib idi. Qələbəyə layiq idik. Daha çox qol vura bilərdik. Futbolçularımın oyunundan razıyam".

Bu sözləri Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Sportinq"in baş məşqçisi Joze Pezeiru Portuqaliya kubokunun ilk turunda "Maritimo"ya qalib gəldikləri oyundan (3:1) sonra deyib.

58 yaşlı portuqaliyalı mütəxəssis Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la keçiriləcək görüş barədə də danışıb. O, bu matçın vacibliyini vurğulayıb: "Maritimo" ilə oyunda qələbə ilə yanaşı, meydana az çıxan futbolçulardan istifadə etmək də vacib idi. Komandada rəqabəti artırmalıyıq. Çünki Avropa Liqasında vacib oyunumuz var".

Xatırladaq ki, "Sportinq" – "Qarabağ" oyunu sentyabrın 20-də Lissabonda keçiriləcək. (qol.az)