Messi Ronaldonun hərəkətindən təəccüblənib

Messi Ronaldonun hərəkətindən təəccüblənib

4 Sentyabr 2018 10:30
Bəyəndim (0) Bəyənmədim (0)

"Barselona" futbol klubunun argentinalı hücumçusu Lionel Messi Kriştianu Ronaldonun "Real Madrid" klubundan "Yuventus"a getməsindən təəccüblənib.

Azadinform xarici KİV-ə istinadən xəbər verir ki, Messi təəccübünü belə ifadə edib: "Məlumdur ki, o dünyanın ən yaxşı oyunçularındandır, onun keçidi "Yuventus"u Çempionlar Liqasının favoritlərindən edir. Mən onu "Real"dan kənarda təsəvvür etmirdim".

Xatırladaq ki, iyulun 10-da Ronaldo "Yuventus" klubunda 100 milyon avroya keçib. Portuqaliyalı hücumçu "Real"ın şərəfini 2009-cu ildən qoruyurdu.