Türkiyə klubu Serbiya yığmasının futbolçusunu heyətinə qatıb

Türkiyə klubu Serbiya yığmasının futbolçusunu heyətinə qatıb

31 Avqust 2018 13:13
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin "Beşiktaş" klubu İtaliya "Torino"sunun və Serbiya milli komandasının futbolçusu Adam Lyayiçi heyətinə qatıb.

İstanbul təmsilçisi 27 yaşlı hücumameyilli yarımmüdafiəçinin klubu və özü ilə razılıq əldə edib. Serbiyalı oyunçu 1 illik icarə əsasında "Beşiktaş"da çıxış edəcək.

Artıq agenti Maris Doloviç sosial şəbəkədə futbolçu ilə birlikdə İstanbula getdiklərini yazıb.

Qeyd edək ki, Adam Lyayiç Serbiya milli komandasının heyətində son olaraq, Rusiyada keçirilmiş dünya çempionatında çıxış edib.