Baş məşqçi istefa verdi

Baş məşqçi istefa verdi

29 Avqust 2018 12:41
Bəyəndim (0) Bəyənmədim (0)

Baş məşqçi Ayxan Abbasov öz istəyi ilə "Zirə" futbol klubundan ayrılıb.

Azadinform klubun saytına istinadən xəbər verir ki, dünən klub rəhbərliyi ilə görüşən mütəxəssis qeydə alınan nəticələri əsas gətirərək istefasının qəbul olunmasını xahiş edib. A.Abbasov komandaya yeni nəfəsin gərəkli olduğunu bildirib.

Bunları nəzərə alan klub rəhbərliyi baş məşqçinin istefasını qəbul edib.