Çempionlar Liqasının "play-off" mərhələsinin cavab matçları start götürəcək
Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçları start götürəcək.
İlk oyun günüdə 3 görüş keçiriləcək. Macarıstanda AEK-ə uduzan "Vidi" Yunanıstanda geridönüş etməyə çalışacaq. Zaqreb "Dinamo"su İsveçrədə bərabərə qaldığı "Yanq Boyz"u qonaq edəcək.
Kiyev "Dinamo"su isə Hollandiyada məğlub olduğu "Ayaks"la Ukraynada qarşılaşacaq.
Qeyd edək ki, iki oyunun nəticəsinə əsasən qalib gələn komandalar qrup mərhələsinə vəsiqə qazanacaqlar.
Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
23:00. AEK (Yunanıstan) – "Vidi" (Macarıstan)
İlk oyun – 2:1
23:00. "Dinamo" (Zaqreb, Xorvatiya) – "Yanq Boyz" (İsveçrə)
İlk oyun – 1:1
23:00. "Dinamo" (Kiyev, Ukrayna) – "Ayaks" (Hollandiya)
İlk oyun – 1:3
Report
Digər xəbərlər



















































.jpg)





































